EN

Sədaqət Qəhrəmanova: "Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edənlər olur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Monitorinq qrupunun əsas fəaliyyət istiqaməti qurumlar arası əlaqələndirmə həyata keçirib, monitorinq aparmaqdır".
Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu"nun ilk iclası ilə bağlı keçirilən brifinqdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində hər qurumun üzərinə bir vəzifə düşür:
"Səhiyyə Nazirliyinin əlaqələri, əhatə dairəsi genişdir. Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edən şəxslər olur. Onlar barəsində məlumatların toplanması lazımdır. Səhiyyə sistemində bu imkan var. Daha sonra Təhsil Nazirliyinin rolu danılmazdır. Çünki zorakılıqdan daha çox təsirlənən uşaqlardır. Onlar zorakılığın daşıyıcıları olurlar. Orta məktəblərdə fəaliyyət göstərən psixoloqlar zorakılıq mühitində duran uşaqları müəyyən etməli onlarla iş görməlidirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə biz sıx əlaqədəyik. Çünki zorakılığa məruz qalan şəxslərin sığınacaqlara yerləşdirilməsində onların rolu böyükdür.
Ədliyyə Nazirliyi bəzən hesabat çıxarır ki, məişət zorakılığına məruz qalan olmayıb. Amma məişət zorakılığı deyəndə kiminsə döyülməsi nəzərdə tutulmamalıdır. Burada psixoloji, mənəvi, iqtisadi zorakılıq da məişət zorakılığıdır. Məsələn, boşanma faktlarında aliment ödənilməməsi iqtisadi zorakılıqdır. Bunlar da siyahıya salınmalıdır".
Aygün Mirakif
Chosen
40
50
oxu.az

10Sources