Dopinqə görə müyyyən müddətə tennisdən uzaqlaşdırılan məşhur tennisçi Yannik Sinnerə daha bir üzücü xəbər gəlib.

Offsideplus.az xəbər verir ki, italiyalı tennisçinin nüfuzlu “Laureus” mükafatına namizədliyi geri götürülüb. Kişi tennisində dünyanın ən yaxşılarından sayılan Yannik Sinner dopinqdən istifadə etdiyi üçün üç aylıq qadağaya görə turnirlərdən uzaqlaşdırılıb. 2000-ci ildən bəri verilən “Laureus” mükafatlarının builki namizədləri dekabrda 1300 idman mediası nümayəndəsindən ibarət böyük bir qurum tərəfindən müəyyən edilib. Namizədlərin son siyahısı 3 mart bazar ertəsi İspaniyanın Madrid şəhərində elan olunacaq.

Qeyd edək ki, Sinner dopinq qəbul etdiyi üçün 3 aylıq tennisdən kənarlaşdırılıb