EN

"Böyük Dəbilqə": Turan yerli idmançını yenib finala yüksəldi

Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 22 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Bakhrom Boturovu üstələyib.

Bu gün mübarizəyə qoşulan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) əvvəlki raundlarda uduzaraq medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.

Chosen
118
4
fanat.az

8Sources