EN

BAKIDA AĞACLARI BELƏ MƏHV EDİRLƏR: ETSN susur, Agentlik isə... - VİDEOLAR

Məlum oluduğu kimi, paytaxtın Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aidiyyatı qurumlar 1650 ağac, 491 kol və tingin köçürüləcəyi barədə  açıqlama vermişdilər. Tikinti ərəfəsində çəkilən görüntülər isə deməyə əsas verir ki, ağacların xeyli hissəsi köçürülmək əvəzinə, kəsilib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlasa da, cavab ala bilməyib.

Xatırladaq ki, Dövlət Ekoloji Ekpsertiza Agentliyinin fevralın əvvəlində keçirdiyi ictimai dinləmədə bildirilmişdi ki, ağaclar müvafiq qaydada köçürüləcək, onlara aqrotexniki xidmətlər göstəriləcək, bioloji inkişafda qalmalarına nail olunacaq.

Chosen
36
2
mia.az

3Sources