EN

İrandan Rusiyaya aparılan külli miqdarda narkotik vasitə aşkar edilib

Bakı. Trend:

Yük nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrüknəzarətindən gizlədilməyə cəhd göstərilən xüsusilə külli miqdardanarkotik vasitə-marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, AzərbaycanRespublikasının ərazisindən tranzit keçməklə İran İslamRespublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyatvasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıbvə sürücü şifahi sorğu-sual olunub. O, idarə etdiyi nəqliyyatvasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hərhansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yüknəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilibvə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasıkeçirilib.

Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 2 paletə reaksiyaverib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış,gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma iləbirlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə -marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Başİdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-cimaddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsininsürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiriseçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davametdirilir.

Chosen
57
23
az.trend.az

10Sources