EN

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

Bakı. Trend:

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi70-dən 75-ə qaldırılır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Konstitusiya Məhkəməsi haqqında” Qanunadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaşhəddi 75 yaş olacaq. Konstitusiya Məhkəməsinin 75 yaşına çatmışhakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək,lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davamedəcək.

Həmçinin Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqdasəlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə o, istefada olanKonstitusiya Məhkəməsinin hakimi sayılacaq.

Qüvvədə olan qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsihakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. KonstitusiyaMəhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yenihakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Məlumat üçün bildirək ki, qanun layihəsi Konstitusiya Məhkəməsihakimlərinin vəzifədə olmasının yaş həddinin 70-dən 75-əartırılması və 75 yaşına çatmış hakimlərin yeni hakim təyinolunanadək vəzifələrini icra etmə müddətini müəyyən edir.

Layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malikhüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davametdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyiniartırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki,bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa vəİspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və dahayuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən dahasəmərəli istifadəyə imkan yaradır.

Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyinolunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayanmüddətə konkretləşdirilməsi hüquqi müəyyənlik prinsipinə uyğunolaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.

Chosen
47
41
az.trend.az

10Sources