EN

İsraildə daha bir İran casusuna ağır həbs cəzası verildi

İsrailli tacir 73 yaşlı Muti Maman İranın xeyrinə casusluq etmək, İsrail rsmilərini, o cümlədən baş naziri terror etmək üçün plan hazırlamaq ittihamına görə 12 il azadlıqdan məhrum edilib.

Bu barədə İsrailin Yediot Aharonot qəzeti məlumat yayıb.

"O, İsrailə qarşı terror əməliyyatlarının maliyyələşdirilməsi, İsrailin hədəfləri haqqında vizual məlumatların toplanması, İran müxalifətini hədəf almaq üçün Rusiya və ABŞ-da terror qruplarının yaradılması ilə bağlı İran agentləri ilə danışıqlar aparıb",- məlumatda bildirilib.

Qəzetin yazdığına görə, Muti Maman İran agentlərindən əvvəlcədən ödəniş kimi pul tələb edib, ancaq istənilən məbləğ ödənilmədiyi üçün o nəzərdə tutulan terror əməliyyatını həyata keçirməyib.

Məsələ ilə bağlı İsrail Prokurorluğuun yaydığı bəyanat qeyd edilib ki, Moti Maman Şin Bet, Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatında 14, polisdə isə 4 dəfə dindirilib və ittihamlarını etiraf edib.

Bir neçə gün əvvəl də İsrail Prokurorluğu 26 yaşlı Daniel Kitovu İran agentləri ilə əlaqə saxlamaqda ittiham etməyi planlaşdırır.

İsrail polis bildirib ki, Kitov pul müqabilində təxribatçı hərəkətlərə əl atıb.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında İsrail polisi İran hökumətinə casusluq ittihamı ilə əksəriyyəti yəhudi vətəndaşı olan 30-a yaxın israillini həbs edib.

visiontv.az



Chosen
43
visiontv.az

1Sources