“Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olduq”. Bu barədə sosial şəbəkə hesablarında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Məlumata əsasən, qəbulda Azərbaycan - Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirilib.