EN

"Tanrı əmanəti" tamaşasının premyerası keçirildi

Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Qafar Cəfərlinin "Tanrı əmanəti" pyesi əsasında hazırlanan eyni adlı tamaşanın premyerası baş tutub.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı: Sevən Həsənli, musiqi tərtibatı: Vüqar Fərəcov, rejissor köməkçisi: Nuranə Nəcəfovadır.

Tamaşada rolları Vəfa Hacızadə (Xəyalə), Səyad Əliyev (Əli Zaminli), Ayşən Əsədova (Solmaz), Saleh Əzimzadə (Nüsrət), Allahverən Babayev (Prokuror), Miraslan Ağayev (Rafiq), Teymur Hacızadə (Elşad), Buludxan Buludov (Kərim), Leyla Şirinova (Ülkər) canlandırıblar.


Qafar Cəfərlinin “Tanrı əmanəti” dramında hadisələr bizim günlərdə cərəyan edir. Əsərin qəhrəmanları iki qütbə bölünür: əqidəni, namusu, mənəviyyatı əsas tutanlar və maddiyyatı, keyfi, əyyaşlığı və şərəfsizliyi qəbul edib yaşayanlar.

Tamaşada bir qadının taleyi fonunda günümüzün bir-biri ilə bağlı ən vacib məsələləri (işsizlik, insan taleyinə biganəlik, uşaq əməyinin istismarı, mənəvi-əxlaqi dəyərlərin aşınması, valideyin məsuliyyətinin itməsi və.s) dramatik ampulada kəskinliklə qabardılır, bu neqativliklərin gələcəkdə daha böyük fəsadlar yaradacağının anonsunu verir və hamını günümüzün bu eybəcərlikləri ilə mübarizəyə səsləyir.

Chosen
95
kulis.az

1Sources