EN

Mourinyo irqçilik qalmaqalına görə 4 oyunluq cəzalandı


Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo 4 oyunluq cəzalanıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol İntizam Şurası qəbul edib.
Qərar Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytında dərc olunub.
Portuqaliyalı mütəxəssis meymunlara bənzətdiyi “Qalatasaray” futbolçuları haqqında irqçi ifadə işlətdiyinə, eləcə də hakimlərdən birini təhqir etdiyinə görə cəzalandırılıb.
Hadisə fevralın 24-də Türkiyə çempionatının 25-ci turunun “Qalatasaray” – “Fənərbağça” oyununda baş verib.
“Qalatasaray” rəhbərliyi Mourinyonu məhkəməyə verəcəyini, həmçinin Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edəcəyini bildirib.
Mourinyo matçdan sonra irqçiliklə bağlı ittihamları rədd edib.
Chosen
47
yeniavaz.com

1Sources