EN

Aİ Hindistanla tarixin mühüm sazişini bağlamaq istəyir

Avropa İttifaqı və Hindistan 2025-ci ildə azad ticarət sazişi bağlamaq niyyətindədir. Bu fikirlər "Bloomberg"də drəc olunan məqalədəndir. Nəşr Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bəyanatına istinad edib. 


O, məlum sazişi dünyada bu tip razılaşmalar arasında ən böyük sövdələşmə adlandırıb. Sayt xatırladıb ki, Nyu-Dehli və Brüssel hələ 2007-ci ildən oxşar sazişlə bağlı danışıqlar aparır. 2013-cü ildə tərəflərin Avropa avtomobillərinə, şərablara, süd məhsullarına və s. tariflərin aşağı salınması kimi məsələlərdə irəliləyiş əldə edə bilməməsindən sonra proses dayandırılıb. 2022-ci ildə isə bu istiqamətdə yenidən müzakirələr başladı.

Agentliyin istinad etdiyi Hindistan Ticarət Nazirliyinin məlumatlarına görə, Aİ Hindistanın ən böyük iqtisadi tərəfdaşı sayılır. 2023-2024-cü maliyyə ilində bu iki region arasında ümumi ticarət həcmi 137,4 milyard dollar təşkil edib.



Tural

Chosen
151
28
news365.az

10Sources