EN

17 uşağı oğurlayıb satan qadının aqibəti bu gün bəlli oldu

Çində 17 uşağı oğurlayaraq satmaqda təqsirli bilinən Yu Huaying adlı qadın bu gün edam edilib.

Yenisabah.az yerli mətbuata istinadən xəbər verir ki, Çinin məhkəmə qurumlarından verilən açıqlamada, edam hökmünün Ali Xalq Məhkəməsi tərəfindən təsdiqləndiyi və cəzanın ölkənin cənub-qərbində yerləşən Guicou vilayətindəki Quiyan məhkəməsi tərəfindən icra edildiyi bildirilib.

İstintaq zamanı Yu Huayingin cinayət ortaqları ilə birlikdə Guicou, Çunçin və Yunnan bölgələrindən uşaqları oğurladığı və 1993-2003-cü illər arasında onları satdığı müəyyən edilib.

2024-cü il oktyabrın 25-də keçirilən məhkəmə iclasında o, uşaq alveri cinayətinə görə ölüm hökmünə məhkum edilib. Daha sonra Yu Huaying qərardan apellyasiya şikayəti versə də, Guicou Əyalətinin Ali Məhkəməsi bu müraciəti rədd edib və ikinci məhkəmə instansiyası da edam qərarını qüvvədə saxlayıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Chosen
47
yenisabah.az

1Sources