EN

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqlara əyləncəli proqram təqdim edəcək

Qax, 28 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün “Keçəlin sehiri” adlı əyləncəli proqram hazırlayır.

Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Teatrın yaradıcı kollektivi, eyni zamanda, Rafiq Səməndərin “Çətin məsələ” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində də məşqləri davam etdirir. Baş rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, İlmar Abdullayev, Araz Mehrablı, Cəbrayıl Quluşov, Fidan Mahmudzadə, Elnurə Əliyeva və Azər Kərimov ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Tamaşa martın sonunda uşaqlara təqdim olunacaq.

Chosen
21
azertag.az

1Sources