EN

Qarın qalınlığı 6 metri keçdi - Türkiyədə məktəblər bağlıdır

Artvinə yağan təsirli qardan sonra qarın qalınlığı şəhər mərkəzində 1 metri, kəndlərdə 2-3 metri, yüksək ərazilərdə isə 5-6 metri keçib.

News24.az xəbər verir ki, təxminən bir həftədir Artvində təsirli olan qar yağışı başda nəqliyyat və təhsil olmaqla həyata mənfi təsir edib.

Artvin Meteorologiya Müdirliyindən alınan məlumata görə, şəhərdə fevralın 26-da 44 santimetr olaraq ölçülən qarın qalınlığı fevralın 27-də 104 santimetrə çatıb.

Çətin hava şəraiti səbəbindən məktəblər 7 gündür bağlıdır.

Ağa Dadaşzadə


Chosen
41
news24.az

1Sources