EN

“Mançester Yunayted”i tərk etmək istəmir

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro klubundan ayrılmaq istəmir.

QOL.az “TEAMtalk”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ona indiki qazancı ilə müqayisə oluna biləcək maaş təklif edilməsə, klubunu tərk etməyəcək.

O, “Mançester Yunayted”də həftədə 350 min funt-sterlinq (420 min avrodan çox) qazanır. Çox güman ki, braziliyalı yarımmüdafiəçi hazırkı müqaviləsinin sonuna qədər (2026-cı ilin ortalarına kimi) “qırmızı şeytanlar”da qalacaq və bundan sonra azad agent kimi komandanı tərk edəcək.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin avqustunda “Real”dan “Mançester Yunayted”ə keçib.

Chosen
49
2
teleqraf.com

4Sources