EN

Azərbaycan və Xorvatiyanın investisiya potensialı təqdim edilib

“Xorvatiyaya səfərimiz çərçivəsində Xorvatiya – Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda iştirak etməkdən məmnun olduq”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

“Ölkələrimizin tekstil, logistika, qida sənayesi, kənd təsərrüfatı, tikinti, əczaçılıq, yaşıl enerji və turizm sahələrində fəaliyyət göstərən sahibkarlarla görüşdük və biznes dairələri üçün mövcud əməkdaşlıq imkanlarını diqqətə çatdırdıq.
Azərbaycanın və Xorvatiyanın investisiya potensialının təqdim edildiyi Forumda birgə investisiyaların artırılması və şaxələndirilməsi istiqamətində səmərəli müzakirələr apardıq”,- nazir əlavə edib.

Chosen
103
3
vergiler.az

4Sources