Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamla ölkənin 7 şəhəri üzrə doqquz mərtəbəli binalarda 200 liftin quraşdırılmasına 9,9 milyon manat vəsait ayrılıb.
Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə şəhərlərin bölgüsü aşağıdakı kimidir:
№ |
Şəhərin adı |
Quraşdırılacaq liftlərin sayı |
Ayrılmış vəsaitin məbləği (min manat) |
7 şəhər üzrə cəmi: |
200 |
9.940,0 |
|
o cümlədən: |
|||
Bakı |
141 |
7.007,7 |
|
Sumqayıt |
30 |
1.491,0 |
|
Naxçıvan |
11 |
546,7 |
|
Gəncə |
10 |
497,0 |
|
Xırdalan |
5 |
248,5 |
|
Qazax |
2 |
99,4 |
|
Bərdə |
1 |
49,7 |