Bakı. Trend:
Yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşənyaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakışəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin birgə məlumatında qeydedilib.
"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqedilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyevküçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik HəsənƏliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsindənəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətintəhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolununinşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildəköçürülməsinə başlanılıb", - məlumatda deyilir.
Bildirilib ki, layihənin əhəmiyyəti, tıxacların qarşısınınalınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakıtikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma TəsərrüfatıBirliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb,bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyiəsasında götürülüb.