EN

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Bakı Yunus Əmrə İnstitutu ilə birgə seminar keçirib

Bakı, 28 fevral, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Nərimanov kampusunda “Oxumaq, yazmaq və yaşamaq üzərinə” adlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova “Türkiyə və türkoloji konfranslar dizisi- I” tədbirlər silsiləsinin ilk görüşünə ev sahibliyi etməkdən məmnunluğunu bildirilib.

Tədbirdə, eyni zamanda, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Güvən Çolak, Dillər və ədəbiyyatlar departamentinin müəllim heyəti və universitet tələbələri iştirak ediblər.

Seminara Dillər və ədəbiyyatlar departamentinin müəllimi Semiha Özel Yaman moderatorluq edib.

Seminarda əsas mövzu üzrə Bakı Yunus Əmrə İnstitutunun “Türkiyə və türkoloji konfranslar dizisi- I” layihəsinin ilk qonağı yazar Aykut Ərtuğrul geniş çıxışı ilə yadda qalıb. O, yazıçılıq necə formalaşır, əsər yazarkən nədən ilhamlanmaq olar, yaradıcılığın psixologiyası və s. haqqında mülahizələrini bölüşüb.

Aykut Ərtuğrulun 2013-cü ildə yazdığı “Mümkün öykülerin ən iyisi” kitabı Türkiyə Yazarlar Birliyinin “ən yaxşı hekayə kitabı” mükafatına layiq görülüb.

Sonra departamentin müəllimi dosent Ülvi Babasoyun mövzu ilə bağlı çıxışı dinlənilib.

Tədbirdə Aykut Ərtuğrul tələbələri maraqlandıran sualları cavablandırıb.

Chosen
40
azertag.az

1Sources