EN

İsrail “Hizbullah”ı silahla təmin edən şəxsi öldürüb

Suriya-Livan sərhədində "Hizbullah”ı silahla təmin edən hərəkat üzvü Livanın şərqində öldürülüb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında bildirilib.

"Dünən İsrail Hərbi Hava Qüvvələrinin Hermel bölgəsinə zərbə endirməsi nəticəsində "Hizbullah”ın üzvü olan Məhəmməd Mehdi Əli Şahin öldürülüb. O, Livan və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Suriya-Livan sərhədində silah alışı üzrə terror əməliyyatlarının koordinasiyasını həyata keçirirdi”, - məlumatda qeyd olunub.

IDF-in mətbuat xidmətindən bildirilib ki, terrorçu hərəkat üçün silah sövdələşmələri üzrə danışıqlara və daha sonra əldə edilən yükün "Hizbullah”ın müxtəlif bölmələri arasında paylanmasına görə məsul olub.
 
 

Chosen
36
7news.az

1Sources