EN

Azərbaycan Kuboku: "Zirə" "Araz-Naxçıvan"a qarşı -YENİLƏNİR

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. 
Fanat.Az
xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq. 

Bununla da bütün yarımfinalçılar müəyyənləşəcək. 

Əvvəlcə mərhələnin mərkəzi oyununda "Zirə"  ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətirəcəklər. Evdə minimal hesablı qalibiyyət əldə edən "Araz-Naxçıvan" Zirədə bu üstünlüyünü qorumağa çalışacaq. Ancaq turnirin ötənilki finalçısı olan Rəşad Sadıqovun komandası çıxışını erkən dayandırmaq niyyətində deyil. 
Günün və beləliklə, 1/4-in son görüşü "Neftçi Arena"da baş tutacaq. "Kəpəz" "Neftçi"nin qonağı olacaq. Səfərdəki ilk oyunda inamlı qələbə qazanan "ağ-qaralar" cütün aşkar favoritidir. Sürpriz qeydə alınmasa, "Neftçi" yarımfinalda "Sabah"a rəqib olacaq. 
"Qarabağ" isə "Zirə-Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək. 

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
28 fevral

“Zirə” – “Araz-Naxçıvan” 0:0 (1-ci hissə)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev, Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu.
(ilk oyun - 0:1) 

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tiaqo Silva, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

19:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə, Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Neftçi Arena".
(ilk oyun - 2:0)

Chosen
24
8
fanat.az

10Sources