Pakistanın Hayber Paxtunxva əyalətində məsciddə cümə namazı zamanı partlayış baş verib.
Publika.az xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 23-ü yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası göndərilib.
İlkin araşdırmaya görə, hücum kamikadze tərəfindən həyata keçirilib.