Jurnalist Fatimə Mövlamlı saxlanılıb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, “Meydan TV” işi ilə əlaqəli cinayət işinə görə tutulub. F.Mövlamlı barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.