EN

Rusiyadan Ukraynaya 200-dən çox pilotsuz təyyarə ilə növbəti hücum

Fevralın 28-nə keçən gecə Rusiya qoşunları Ukraynanı növbəti dəfə kütləvi hava hücumuna məruz qoyub. 200-dən çox pilotsuz uçan aparatla həmlə edilib.

Herbiand.az xəbər verir ki, Ukrayn a komandanlığının məlumatına görə, Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın 208 uçan aparatından 107-ni vurmağa müvəffəq oldub. 97 pilotsuz təyyarə hədəfinə çata bilməyib.

Məlumata görə, hücum zamanı Rusiya “Shahed” hücum PUA-sı və dron imitatorlarınından istifadə olunub. Onlar Oryol, Bryansk, Kursk, Millerovo, Şatalovo və Primorsko-Axtarsk istiqamətlərindən buraxılıblar.

Chosen
27
herbiand.az

1Sources