EN

Tramp Starmerin xanımına: “Təsirləndim”

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Key Starmerin həyat yoldaşını “gözəl” adlandırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Ağ Evin rəhbəri  fevralın 27-də görüşdüyü Starmerlə münasibəti ilə bağlı sualı belə cavablandırıb. “Əslində keçmişdə yaxşı münasibətimiz vardı. Biz bir neçə dəfə görüşmüşük. Mən ondan və onun həyat yoldaşından çox təsirləndim”, - deyə Tramp bildirib.O, Viktoriya Starmeri “gözəl, gözəl qadın” adlandırıb.ABŞ və Britaniya arasındakı münasibətlərə dair sualı cavablandıran respublikaçı lider ölkələr arasında sadəcə gözəl əlaqələrin olduğunu deyib.

Chosen
58
cebheinfo.az

1Sources