EN

Tomas Müller: “Oynamağa davam etmək istəyirəm”

“Bayern”in alman veteran hücumçusu Tomas Müller karyerasını davam etdirmək və təqaüdə çıxmaq qorxusu haqda sualı cavablayıb.

Arena.az “Spiegel” dərgisinə istinadən, alman futbolçunun bu barədə cavabını təqdim edir:

“Bu, daha çox, davam etmək istəyidir, nəinki dayanmaq qorxusu. Mən, hətta adrenalinim az olsa belə, qaydasında olacağam. Mən gerçəkçiyəm, başa düşürəm ki, təqaüdə çıxdıqdan sonra daha heç vaxt belə adrenalin axınını hiss etməyəcəyəm. Bu, öhdəsindən gəlinməsi gərək olan üzləşdiyim təzyiqə də aiddir. Mən öz imkanımı gerçəkləşdirəcəyəmmi? Mən öz gözləntilərimə və başqalarının gözləntilərinə müvafiqəmmi? Vəziyyətin cilovunu buraxmaq çətindir. Hələ hesab edirəm ki, çağırışları qəbul etməyə və mübarizə aparmağa fiziki cəhətdən qadirəm, mən davam etmək istəyirəm”, deyə Müller vurğulayıb.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 31 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 738 oyun, 247 qol, 272 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Chosen
58
arena.az

1Sources