EN

Niderlandlı futbolçu üçün 75 milyon

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçi üçün 75 milyon avro təklif edir. Transfer yayda baş tuta bilər.

De Yonq 2019-cu ilin yayından Kataloniya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatacaq.

27 yaşlı futbolçu İspaniya La Liqasının bu mövsümündə kataloniyalıların heyətində 14 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
66
idmanxeber.az

1Sources