EN

Bundesliqada yeni rekord

Almaniya bundesliqasında yeni rekord qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, Xabi Alonsonun komandası bu liqanın tarixinə düşüb.

Onun çalışdırdığı “Bayer-04”ün səfərdə məğlubiyyətsiz seriyası 28 matça çatıb (20 qələbə, 8 heç-heçə). İndiyədək Almaniya bundesliqadasında bu göstərici heç bir klubda olmayıb. “Bayer-04” Almaniya çempionatının 23-cü turunda “Holştayn”a səfərdə 2:0 hesabı ilə qalib gəlib. Alonsonun komandası rəqib meydanında sonuncu məğlubiyyətini 2023-cü il mayın 27-də “Bohum”la matçda (0:3) alıb.

“Bayer-04” hazırda bundesliqada 50 xalla 2-ci yeri tutur.

Chosen
43
football-plus.az

1Sources