EN

"Böyük Dəbilqə": Bayramov finalda uduzdu

Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, 22 yaşlı idmançı finalda Beynəlxalq Cüdo Federasiyasını təmsil edən rusiyalı Ayub Bliyevlə üz-üzə gəlib.

Rəqibinə uduzan Bayramov ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.

Chosen
92
6
fanat.az

8Sources