Azərbaycan 2-ci liqasında 14-cü tur davam edir.
QOL.az xəbər verir ki, bu gün çempionatda 2 matçın keçirilməsi nəzərdə tutulmuşdu.
Lakin “Şahdağ Qusar” – “Kür-Araz” matçı qonaq komanda təyin edilmiş vaxtda stadiona gəlmədiyi üçün baş tutmayıb
"Göygöl" isə Göygöl Olimpiya İdman Kompleksinin stadionunda "Saatlı-Araz"ı qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər 3 görüşü sabah oynanılacaq.
28 fevral
14:00. “Şahdağ Qusar” – “Kür-Araz” (Baş tutmayıb)
Şamaxı OİK stadionu
14:00. “Göygöl” – “Saatlı-Araz” - 2:3
Qollar: Ü.Cəlilov, 9 (pen), O.Məmmədov, 88 - E.Xəlilli, 11, 43, E.Səmədov, 48
Göygöl OİK stadionu
1 mart
14:00. “Ağdaş” – “Şimal”
14:00. “Haypers Quba” – “Şəmkir”
14:00. “Şəki Siti” – “Lerik”
27 fevral
“Qusar” – “Füzuli” - 5:2
“Şəfa” – “Dinamo” - 3:0