EN

Elmira Rəhimova və Brilliant Dadaşovanın oxuduğu mahnıların ermənilər tərəfindən mənimsənilməsi aradan qaldırılıb

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçı Tiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bu barədə APA-ya Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilmişdir (açıqlanmışdır). Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilmişdir.

Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artash Asatryan onu “Ter Hisus Ari” adı iləifa etmiş vəYoutube-nin https://www.youtube.com/watch?v=5GycJzLzwuY səhifəsində yerləşdirmişdir. Bununla da erməni ifaçı Artash Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulmuşdur.

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilmişdir (açıqlanmışdır). Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilmişdir.

“Yeni il mahnısı” erməni ifaçı Tiqran Asatryanın ifasında “Qez Hamar” adı ilə Youtube-nin

Chosen
42
12
apa.az

10Sources