EN

Aİ Trampla münaqişə fonunda yeni tərəfdaş tapıb: görün hansı ölkədir

ABŞ prezidenti Donald Trampın yeni tariflərin tətbiqi ilə bağlı bəyanatları fonunda Avropa İttifaqı yeni güclü tərəfdaşlar axtarır.

Publika.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Xüsusilə, Aİ artıq Hindistanla azad ticarət paktı bağlamağa razılaşıb. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin sözlərinə görə, bu, dünyada ən böyük sövdələşmə olacaq.

Fon der Leyen Yeni Dehliyə səfəri zamanı Hindistan və Aİ-nin bu il müqavilə bağlamağa çalışacaqlarını deyib.

O qeyd edib ki, ticarət, texnologiya, təhlükəsizlik və müdafiə sahələrində genişləndirilmiş əməkdaşlığa əsaslanan Hindistanla daha sıx ittifaq gələcək illərdə və onilliklərdə Avropanın siyasətinin təməl daşı olacaq.

Chosen
108
28
publika.az

10Sources