EN

Zəngilanda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır

Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) saytı vasitəsilə 1-31 mart tarixləri arasında həyata keçiriləcək.

Bununla da işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən start verilir.

Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel – 31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Chosen
102
vergiler.az

1Sources