Azərbaycan ötən ay 171,9 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini idxal edib.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 1,3% çoxdur.
Hesabat dövründə avtomobillər və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 8,38%-ni təşkil edib.