EN

Fransanı qasırğa vurdu

“Garance” qasırğası Fransanın Hind okeanında yerləşən Reunion adasını vurub. Sürəti saatda 155 kilometrə çatan qasırğa buranı döyüş bölgəsinə çevirib.

News24.az xəbər verir ki, binaların damları uçub, küçə və prospektləri su basıb. Bir çox avtomobil sel sularında sürüklənib. Qubernatorluqdan verilən açıqlamada abonentlərin 42%-nə uyğun gələn 180 min ev təsərrüfatının elektrik enerjisinin kəsildiyi, təxminən 10%-unun isə içməli suya çıxışı olmadığı bildirilib. Bildirilib ki, fırtına xəbərdarlığı ən yüksək səviyyə olan bənövşəyidən qırmızıya endirilib.

Qubernator Patris Latron deyib ki, hələlik heç bir itki yoxdur.

Günel Məlikzadə


Chosen
67
news24.az

1Sources