EN

Çin 17 uşağı oğurlayıb satan qadını edam edib

Çində 17 uşağı qaçıraraq satan qadın edam edilib.

Bu barədə ÇXR Ali Xalq Prokurorluğunun saytında məlumat verilib.

Nəşr bildirib ki, Quyçjou əyalətinin Quiyanq şəhərinin xalq məhkəməsi Yu Huayinqin edam hökmünü müəyyən edilmiş qanuna uyğun olaraq həyata keçirib.

2023-cü ilin sentyabrında Huayinq 11 uşağı qaçırdığı üçün ölüm cəzasına məhkum edildi, lakin sonradan apellyasiya şikayəti verdi. Bununla belə, 2023-cü ilin noyabrında Quijou Əyalət Məhkəməsi işə yenidən baxılmasına qərar vermişdi.

2024-cü ilin yanvarında polis qaçırılan uşaqların sayının 17-yə yüksəldiyini müəyyən edib.

Chosen
62
aznews.az

1Sources