EN

Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Fevralın 28-də Milli Məclisin sədri Sahibə Qafarova TürkMədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova iləgörüşüb.

Parlamentdən Trend-ə bildirilib ki, qonağı salamlayan MilliMəclisin sədri Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindəndanışıb.

O bildirib ki, Türk dünyasının güclənməsinə Azərbaycan xüsusiönəm verir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqaailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Spiker bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü iləyaradılmış bu Fond türk xalqlarının bir-birinin mədəniyyətini,irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın daha dayaxınlaşmasına imkan yaradır. Fondun səmərəli fəaliyyətgöstərdiyini deyən Milli Məclisin sədri onun fəaliyyətinin daha dagenişləndirilməsi üçün böyük potensialın və ən əsası istəyinolduğunu qeyd edib.

Söhbət zamanı bildirilib ki, Fond Türk dünyasının zəngin mədəniirsini qorumaq, yaymaq, gələcək nəsillərə ötürmək baxımından mühümkörpü rolunu oynayır. Fond türk xalqlarının dəyərlərinivurğulayaraq, mədəniyyətlərarası dialoqu gücləndirməklə bu sahəyəönəmli töhfələr verir. Aparılan bu işlər türk dünyasının qlobalmiqyasda daha yaxşı tanınmasına və onun dəyərlərininqiymətləndirilməsinə şərait yaradır.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türk Mədəniyyəti və İrsiFondunun prezidenti xanım Aktotı Raimkulova bu fondunyaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətəçatdırıb. O, bildirib ki, mədəniyyət yumşaq gücdür və xalqlarınbir-birinə yaxınlaşmasında mühüm rola malikdir.

Söhbət zamanı qonaq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyüişlər, həyata keçirdiyi layihələr və gələcək planları barədəməlumat verib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmizyoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” sözlərini özləri üçün birdeviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdəqurduqlarını diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Chosen
42
16
az.trend.az

10Sources