EN

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir - FOTO

“Narkomaniyaya

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı Atbulaq kənd tam orta məktəbində “Narkomaniya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ulusum".az-a verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən şöbə rəisi gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb. Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.“Narkomaniyaya

Diqqət Çəkənlər

Fidan: Avropa təhlükəsizliyinin əsasları sarsılıb

Olland Trampa «zərbə vurmağa» çağırıb

Zelenskinin istefası üçün tələblər açıqlanıb

Chosen
41
ulusum.az

1Sources