Aşqabad. Trend:
“Turkmenistan Airlines” hava yolları şirkəti Aşqabad-Moskvaistiqamətində hava reyslərini dayandırıb.
Trend xəbər verirki, bu haqda aviaşirkətin "Telegram" kanalında məlumat dərcolunub.
“Türkmənistan aviaşirkəti xəbər verir ki, Aşqabad-Moskva-Aşqabaqmarşrutu üzrə müntəzəm reyslər 31.03.2025-ci ilə qədər təxirəsalınır”, - deyə aviadaşıyıcının bəyanatında deyilir.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında “TurkmenistanAİrlines” yanvar ayının sonuna qədər Rusiyaya reysləridayandırmışdı.
Belə bir qərar 25 dekabr 2024-cü ildə Azərbaycanın AZALaviaşirkətinə aid sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzayauğraması fonunda qəbul olunmuşdu.