Məşhur model Çağla Şıkel yeni sevgilisi Erinç Ulutürklə görüntülənib.
BAKU.WS xəbər verir ki, o Londondan qayıdan Şıkel şəxsi həyatı ilə bağlı danışmağı sevmədiyini deyib.
"Ürəyim sürətli şəkildə döyünməyə başlayır. İki uşaq anası olaraq bu barədə danışmaq istəmirəm. Hələ ki, biz bir-birimizi tanıma dövründəyik. Maqazin dünyasına düşəcək qədər detallı danışmağa utanıram".
Xatırladaq ki, Şıkel ilə Emre Altuğ 2008-ci ildə ailə qurub. Onların Kuzey və Uzay adlı oğulları dünyaya gəlib.
2015-ci ildə cütlük boşanıb.