Bakı. Trend:
Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın vəstrateji tərəfdaşlığın nümunəsidir. Ölkələrimiz hər zamanbir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaqmaraqlara əsaslanan siyasət yürüdüb. Pakistanın Baş naziri MəhəmmədŞahbaz Şərifin Azərbaycanda dövlət səfərində olması da bu faktıtəsdiqləyir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı,Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupununüzvü Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Azərbaycan-Pakistan əməkdaşlığında dostölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsixüsusi yer tutur:
“Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günəkimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkəninmüstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzindəmüxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament vədigər dövlət qurumları, eləcə də, ordu rəhbərliyi, ictimai vəsiyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünüqətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmışsərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz vəxalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbuledib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci ildə Xocalısoyqırımını pisləyən qətnamə qəbul edib”.
İşçi qrupun üzvü nəzərə çatdırıb ki, Azərbaycan-Pakistanmünasibətlərinin bugünkü inkişafında qarşılıqlı səfərlər vəimzalanan sənədlər əhəmiyyətli rol oynayır:
“Ölkələrimiz arasında əməkdaşlıq perspektivləri kifayət qədərgenişdir. İki dost dövlət müdafiə, təhlükəsizlik, enerji,infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları,səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusiləbütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digərsahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondununbu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyəxarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafınamühüm töhfə kimi dəyərləndirilir”.
S.Salmanova, həmçinin, əlavə edib ki, Pakistanla iqtisadi-ticariəlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün ciddisəylər göstərilir:
“Təsadüfi deyil ki, Pakistan 2021-2022-ci illərdə Azərbaycana9,7 milyon dollar, 2022-2023-cü illərdə isə 12 milyon dollarhəcmində ixrac həyata keçirib. Bu da ölkələrimiz arasında iqtisadiəlaqələrin ildən-ilə artırmasının nəticəsidir. Bundan başqa,fevralın 24-də iki ölkə arasında imzalanmış sənədlər – Dövlət NeftŞirkəti ilə “Pakistan State Oil Company Limited” və “PakistanRefinery Limited” (PRL) müəssisələri arasında AnlaşmaMemorandumunun imzalanması, eləcə də, mayeləşdirilmiş təbii qazyüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlərin,Naxçıvan şəhəri və Pəncab Əyalətinin Lahor şəhəri arasındamədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat vəictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqındaAnlaşma Memorandumunun mübadiləsi də iki dost ölkə arasındakımünasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini və yeniəməkdaşlıq imkanlarının yaranacağından xəbər verir”.
Milli Məclisin deputatı Azər Allahverənov isəTrend-əaçıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasındakı mövcudolan sarsılmaz dostluq və tarixi qardaşlıq münasibətləri qarşılıqlıhörmət və ehtimad prinsipləri əsasında daha da möhkəmlənib:
“Bu gün Azərbaycan və Pakistan arasındakı siyasi, iqtisadi vəhumanitar əməkdaşlıq yüksək səviyyədədir. Xalqlar arasında əlaqələruğurla inkişaf edir. Hər iki ölkənin dövlət başçıları, nazirləri vədigər rəsmi nümayəndələri arasında mütəmadi səfərlər və görüşlərkeçirilir. Beynəlxalq təşkilatlarda, o cümlədən, BirləşmişMillətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) vəQoşulmama Hərəkatında qarşılıqlı dəstək davam etdirilir.Azərbaycanın Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı(D-8) ailəsinə qoşulması digər üzv ölkələrlə ticarət, investisiyavə iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb”.
Deputat vurğulayıb ki, müdafiə və hərbi sahədə əməkdaşlıqAzərbaycan və Pakistan münasibətlərinin mühüm istiqamətlərindənbiridir:
“İki ölkə arasında müdafiə sahəsində bir sıra razılaşmalarimzalanmış və hərbi təlimlərdə qarşılıqlı iştirak təmin olunub.Pakistan Azərbaycan ordusunun təlim və tədris proqramlarına dəstəkverir, eyni zamanda, müdafiə sənayesində ekspert mübadiləsi həyatakeçirilir.
Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbiakademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaqimkanı əldə edirlər. Xüsusilə 2020-ci ildə baş vermiş Vətənmüharibəsi zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini açıqşəkildə dəstəkləyib və qələbədən sonra rəsmi İslamabad Azərbaycanıtəbrik edərək, ölkənin ərazi bütövlüyünü bir daha təsdiq etdi.
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq stratejixarakter daşıyır və gələcəkdə daha da genişlənəcək. Bu əlaqələr həriki ölkənin hərbi gücünü artırmaqla yanaşı, strateji müttəfiqliyidaha da möhkəmləndirəcək”.
A.Allahverənov əlavə edib ki, Azərbaycan və Pakistan arasındakımünasibətlərin gələcəyi üçün geniş potensial mövcuddur.
“Xüsusilə enerji, ticarət, müdafiə sənayesi, turizm və təhsilsahələrində əməkdaşlığın daha da genişlənməsi üçün zəmin vardır.Qeyd olunan əksər sahələrdə mövcud münasibətlər strateji xarakterdaşıyır və xüsusiyyət yeni əhəmiyyət kəsb edən istiqamətlərininkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. Azərbaycan vəPakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsiüçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük vəlogistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsasməqsədlərdən biridir. Bu mövqedən çıxış edən Azərbaycan və Pakistanarasında strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin vəinkişafın təmin olunmasında mühüm rol oynayır”, - deyə o qeydedib.