EN

Kapitan istisna etmir

Vircil van Diyk jurnalistlərin növbəti ənənəvi sualını cavablayıb.

"Football-plus.az" xəbər verir ki, o, kapitanı olduğu “Liverpul” ilə müqaviləsinin yenilənmək ehtimalı ilə bağlı fikrini bildirib.

Niderlandlı müdafiəçinin müqaviləsinin müddəti yayda sona çatacaq. İngiltərə klubunda 2018-ci ildən çıxış edən Vircil hələ ki bu məsələyə aydınlıq gəlmədiyini deyib. O, eyni zamanda rəhbərliklə anlaşa biləcəyini istisna etməyib: “Liverpul”un rənglərinə bağlıyam, bu klubu və yerli azarkeşləri sevirəm.

Hələ ki müqaviləmin yenilənmək ehtimalı ilə bağlı konkret fikir bildirə bilmərəm. Amma rəhbərliklə razılığa gələ biləcəyimizi istisna etmirəm”.

Chosen
51
football-plus.az

1Sources