EN

Əgər uşağınızda bu əlamətlər varsa, dərhal həkimə müraciət edin

Əgər uşağınızda bu əlamətlər varsa,

Havalar soyuduqca uşaqlarda da xəstəliklər artmağa başlayır. Mütəxəssislər uşaqların hərarətinin yüksəlməsi, təngnəfəslik və davamlı öskürək zamanı gecikmədən həkimə müraciət etmələri barədə xəbərdarlıq ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qış aylarında arabir artan qrip virusu yenidən təsirini göstərməyə başlayıb. Qrip və digər respirator infeksiyaların təhlükələri barədə açıqlamalar verən Mütəxəssis. Dr. Ercan Kayış, "Xəstə uşaqları məktəbə göndərməyin. Bu həm uşağınızı, həm də digər uşaqları qoruyur. Əgər qızdırma, nəfəs darlığı və ya davamlı öskürək varsa, gecikmədən həkimə müraciət edin", - dedi.

Qrip və ya qrip virusunun xüsusilə gənc uşaqlarda yüksək hərarət, əzələ ağrıları, titrəmə, halsızlıq və iştahsızlıq kimi əlamətlərlə özünü göstərdiyinə diqqət çəkən həkim bildirib ki, bu vəziyyət müalicə olunmazsa, orta qulaq iltihabı, pnevmoniya və bronxitə səbəb ola bilər: "RSV virusu xüsusilə 2 yaşdan kiçik körpələrdə nəfəs almaqda çətinlik yarada bilər".

Uşaqları qorumağın yolları ilə bağlı məlumat paylaşan Kayış vurğulayıb ki, immunitet sistemini gücləndirin, tərkibində C vitamini olan meyvələr, zülal qaynaqları və bol maye istehlakı vacibdir: "Əllərin gigiyenasına diqqət edin. Viruslar ən çox əllər vasitəsilə keçir. Bağlı və sıx mühitlərdən qaçın. Xəstə uşaqlarınızı uşaq bağçaları və məktəblərə göndərməyin, nəfəs darlığı və davamlı öskürək müşahidə olunarsa, gecikmədən həkimə müraciət edin. Unutmayın ki, erkən diaqnoz və düzgün müalicə ciddi fəsadların qarşısını ala bilər".

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
20
e-saglam.az

1Sources