EN

Sumqayıtda mediatorlar üçün məişət zorakılığı ilə mübarizə üzrə təlim keçirilib - FOTOLAR

Mediasiya Şurası və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə Sumqayıtda məişət zorakılığı ilə mübarizə mövzusunda təlim keçirilib. Tədbirin məqsədi icma fəallarının və mediatorların bu sahədəki bacarıqlarının gücləndirilməsidir.

QHT.az xəbər verir ki, iki gün davam edən təlimdə gender əsaslı zorakılıq (GƏZ), onun formaları, Azərbaycanda yayılması və fəsadları müzakirə olunub. İştirakçılar qurban mərkəzli yanaşma, zorakılığa məruz qalan şəxslərə psixoloji və tibbi dəstək, eləcə də onları müvafiq xidmətlərə yönləndirmə qaydaları ilə tanış olublar. Xüsusilə uşaqlar və əlilliyi olan şəxslərlə iş zamanı etik normaların əhəmiyyəti vurğulanıb. Təlimdə BMT-nin Əhali Fondunun eksperti Sara Ağayeva, "Genesis Psychology" Psixologiya və Təlim Mərkəzinin direktoru Günel Aslanova və Səhiyyə Nazirliyinin nümayəndəsi Zümrüd Kazımova məruzəçi qismində çıxış ediblər.

QHT nümayəndələri, psixoloqlar və sığınacaq rəhbərlərinin də qatıldığı tədbir iştirakçılara əldə etdikləri bilikləri icmalarında tətbiq etməyə imkan yaradıb.

Bu cür təşəbbüslər məişət zorakılığına qarşı mübarizədə vacib addımlardan biri kimi qiymətləndirilir.

Chosen
120
1
qht.az

2Sources