Rusiya FTX Sərhəd Xidmətinin Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsindəki əməkdaşları erməni sərhədçiləri ilə əvəzlənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram"da bildirib.
"Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində xidmətlər yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçirilir", - Paşinyan yazıb.
Onun sözlərinə görə, iki ölkə arasında sərhəd bağlı olduğu üçün keçid məntəqəsi fəaliyyət göstərmir. Lakin 2022-ci ilin yayında hökumətin qərarı ilə keçid məntəqəsi təmir olundu və orada Rusiya sərhədçiləri xidmət etməyə başladı. Paşinyan Rusiya sərhədçilərinə həmin müddətdə göstərdikləri xidmətə görə təşəkkür edib.
“Marqara keçid mÉ™ntÉ™qÉ™sinin ErmÉ™nistan sÉ™rhÉ™d qoÅŸunlarının nÉ™zarÉ™tinÉ™ verilmÉ™si o demÉ™kdir ki, martın 1-dÉ™n ErmÉ™nistan É™razisinÉ™ daxil olan vÉ™ çıxan vÉ™tÉ™ndaÅŸlar üzÉ™rindÉ™ sÉ™rhÉ™d nÉ™zarÉ™ti müstÉ™sna olaraq ErmÉ™nistan sÉ™rhÉ™d qoÅŸunları tÉ™rÉ™findÉ™n hÉ™yata keçirilÉ™cÉ™k, çünki bütün (fÉ™al vÉ™ qeyri-fÉ™al) keçid mÉ™ntÉ™qÉ™lÉ™rindÉ™ yalnız sÉ™rhÉ™dçilÉ™r xidmÉ™t göstÉ™rir", - deyÉ™ PaÅŸinyan qeyd edib.Â