EN

Poçt şöbəsinin qapısı birbaşa avtomobil yoluna açılır – Sakinlər TƏHLÜKƏDƏ VİDEO

Qapısı bir başa avtomobil yoluna açılan 59 saylı poçt şöbəsi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşir.

Xezerxeber.az-ın xəbərinə görə, qəsəbə sakinləri iddia edir ki, günün istənilən saatında bu yolda avtomobillər sürətlə şütüyür. Qarşısında piyada keçidi olsa belə poçtun işlək yolun üzərində olması onları  hər an təhlükə ilə üz-üzə qoyur.

Sakinlər deyir ki, qəsəbə ərazisində yollar genişləndirldikdən sonra əksər idarə və müəssisələr yol üzərindən kənara çəkilsə də poçt  hələ də qalır:

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən “Xəzər Xəbər”ə bildirildi ki, vəziyyətdən xəbərdardılar. Poçt Rəqəmsal İnşişaf və Nəqliyyat Nazirliyinin balansında olduğundan rayon icra hakimiyyəti bu problemin  həlli ilə bağlı tədbir görə bilmir. "Azərpoçt"dan isə bildirildi ki, vətəndaşların və poçt əməkdaşlarının həyati təhlükəsizliyi nəzərə alınaraq, binanın giriş hissəsinin dəyişdirilməsi üçün gələcəkdə işlərə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
69
xezerxeber.az

1Sources