EN

İsveç hərbi kəşfiyyatının rəhbəri Rusiya ilə toqquşma təhlükəsindən danışdı

İsveç Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Tomas Nilsson bildirib ki, Stokholm Ukraynadakı münaqişə bitdikdən sonra Rusiyanın bölgəyə qayıtmasına hazırlaşmalıdır.

“Ukraynada hərbi əməliyyatlar dayandırılan və ya aktivliyi azalan kimi biz əminik ki, ruslar bizim regiona qayıdacaqlar”, – deyə “Politico” İsveç kəşfiyyatının rəhbərindən sitat gətirir. Tomas Nilsson Rusiya Federasiyasının artıq “Finlandiya ilə yeni cəbhə xətti boyunca, eləcə də Arktika istiqamətində bazaların tikintisini müzakirə etdiyinə” diqqət çəkib.

Xatırladaq ki, Rusiya və İsveç arasında münasibətlər ölkə hakimiyyətinin 2022-ci ilin yazında Şimali Atlantika Alyansına qoşulmaq niyyətini elan etməsindən sonra pisləşib. 2024-cü ilin iyulunda İsveç hökuməti Rusiyanı milli təhlükəsizliyə əsas təhdid kimi müəyyən edən yeni milli təhlükəsizlik strategiyasını dərc edib.

//Samir Qurbanov, Editor.az

Chosen
33
1
editor.az

2Sources