EN

Azər Bağırov: "Qalib gəlmək üçün səhvləri minimuma endirməliyik"

"Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandamızın yanında idilər. Bu, gələcək oyunlar üçün motivasiyadır".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, səfərdə "Neftçi"yə 0:1 hesablı məğlubiyyəti şərh edib: "Maraqlı oyun keçdi. Qollarımızı vura bilmədik. "Neftçi" ilə matçlarda şanssızlıq anları çox olur. Daha çox qol epizodlarını bu matçlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq. Material hər bir oyunda var. Bu mövsüm dörd dəfə "Neftçi" ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz. Dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onları minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda daha da yaxşı olur. Çox futbolçunun potensialını bilirik. Oyun intizamı futbolda çox önəmlidir. Son məğlubiyyətlərə səbəb odur".

Qeyd edək ki, "Kəpəz" ilk oyunda "Neftçi"yə 0:2 hesabı ilə uduzmuşdu.

İdman.biz

Chosen
24
2
idman.biz

3Sources