EN

ABŞ Dövlət Departamenti İstanbul görüşünün təfərrüatlarını açıqlayıb

Rusiya və ABŞ diplomatlarının dünən İstanbulda keçirilən görüşündə hər iki ölkənin səfirliklərinin işi müzakirə edilib.

Editor.az xəbər verir ki, xəbəri Dövlət Departamenti təsdiqləyib. O, məsələ ilə bağlı müzakirələri “konstruktiv” adlandırıb. Tərəflər yaxın vaxtlarda təkrar görüşün keçirilməsi barədə razılığa gəliblər; onun tarixi və yeri hələ müəyyən edilməyib. Amerika departamenti bildirib ki, ABŞ nümayəndə heyətinə Rusiya və Mərkəzi Avropa ilə bağlı siyasətə nəzarət edən dövlət katibinin köməkçisinin müavini Sonata Kulter, Rusiya nümayəndə heyətinə isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edib.

Görüş zamanı Dövlətlər “bank əməliyyatlarına və müqavilə əsasında göstərilən xidmətlərə çıxışla bağlı” narahatlıqlarını ifadə ediblər. Amerika tərəfi həmçinin “ABŞ-ın Moskvadakı səfirliyi üçün sabit və davamlı kadr səviyyəsinə” ehtiyac olduğunu bildirib. “Konstruktiv müzakirələr vasitəsilə hər iki tərəf bu sahələrdə ikitərəfli missiyaları sabitləşdirmək üçün konkret ilkin addımlar müəyyən edib”, – Dövlət Departamentinin mətbuata açıqlamasında deyilir.
Xatırladaq ki, görüş dünən, fevralın 27-də baş tutub və təxminən 6,5 saat davam edib. Nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
39
editor.az

1Sources