EN

Koul Palmer Böyük Britaniyada ən seksual futbolçu qəbul edilir

“Çelsi”nin 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer Böyük Britaniyada ən seksual futbolçu seçilib.

Arena.az bu barədə “Slotzilla” portalına istinadən məlumat verir.

Portalın keçirdiyi səsvermədə iştirak etmiş 2500 nəfər ən seksual futbolçunun müyyənləşdirilməsi üçün bədən quruluşu, cazibə və üslub meyarları əsasında məxfi surətdə səs veriblər.

Koul Palmer səslərin 19%-ni qazanaraq, qalib olub. “Real”ın 21 yaşlı ingilis yarımmüdafiəçisi Cud Bellingem 17% səslə ikinci olub. “Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu Kristiano Ronaldo isə 6% səslə ilk üçlüyü qapayıb. “Mançester Siti”nin noerveçli hücumçusu, “qolçu vikinq” Erlinq Haland 4% səslə dördüncü, “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe isə 2% səslə seksuallıqda beşinci olub.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 14 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 75 oyun keçirib, 39 qol vurub, 21 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Chosen
62
arena.az

1Sources